Rusiya vətəndaşlarının təxliyəsinə göstərilmiş köməyə görə Azərbaycana təşəkkür edib

Moskva, 26 iyun, ARHD.AZ



Rusiya vətəndaşlarının təxliyəsinə göstərilmiş köməyə görə Azərbaycana təşəkkür edib


Rusiya öz vətəndaşlarının Yaxın Şərqdəki təhlükəli zonalardan çıxarılmasının təmin olunmasında göstərdiyi köməyə görə Azərbaycana minnətdarlığını bildirib.

ARHD.AZ xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycan, İran və digər ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Zaxarovanın sözlərinə görə, İranda vəziyyətin gərginləşdiyi ilk vaxtlardan Rusiya Yaxın Şərq regionundan minə yaxın vətəndaşının təxliyə edib. Təkcə İrandan 900 nəfər, İraqdan isə 85 nəfər təxliyə olunub. Bundan əlavə, İsraildən Misir və İordaniya sərhəd-keçid məntəqələri vasitəsilə 130-dan çox rusiyalının çıxarılmasına yardım göstərilib.

Baxış sayı: 6 663

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə