DTX-nın nüfuzu daha da yüksəlmiş və daha güclü‚ daha peşəkarcasına fəaliyyət göstərilməyə başlanılmışdır.
Bu gün ölkəmizdə çox sürətli inkişaf və dəyişiklər gedir. Dövlətimizin başçısı bu mövzuda ciddi və qətiyyətli mövqe sərgiləyir. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da bu sahədə çox ciddi xidmət göstərirlər. DTX-ya əhsən ki‚ yolunu azan və yetim haqqı yeyən məmurları ifşa edərək həbs etdi. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təşəkkür bildiririk ki‚ cənab Prezidentin siyasətini layiqincə icra edirlər və Dövlətçiliyimizin qorunmasına xidmət edirlər. Son əməliyyat da DTX-nın Dövlətçiliyimizə olan böyük bir xidmətidir. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi General-polkovnik Əli Nağıyev bu qurumun rəhbərliyinə təyin olunduqdan sonra‚ DTX-nın nüfuzu daha da yüksəlmiş və daha güclü‚ daha peşəkarcasına fəaliyyət göstərilməyə başlanılmışdır. Məhz bunun nəticəsidir ki‚ DTX bir neçə məmurları həbs edərək onların qanunsuz əməllərini ifşa elədi.
Bütün məmurlar və hər kəs bu əməliyyatdan dərs almalıdır. Hər kəs Dövlətə və Dövlətçiliyə sadiq olmalıdır.





















