Qazaxıstan vətəndaşları bu ölkənin aviaşirkətləri vasitəsilə BƏƏ və Qətəri tərk edirlər

Astana, 25 iyun, ARHD.AZ




Qazaxıstan vətəndaşları bu ölkənin aviaşirkətləri vasitəsilə BƏƏ və Qətəri tərk edirlər


İyunun 25-də Qazaxıstanın SCAT və “Air Astana” aviaşirkətləri sərnişinlərin təxliyəsi üçün Dubay və Dohadan Almatı və Astanaya 6 reys həyata keçirir.

ARHD.AZ Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Yaxın Şərqə uçuşlar hələ də altı ölkənin (İran, İsrail, İraq, İordaniya, Suriya və Livan) hava məkanından yan keçməklə həyata keçirilir.

Məsələn, “Air Astana” aviaşirkəti iyunun 25-dən Dubaydan Almatı və Astanaya, həmçinin Dohadan Almatıya reyslərə start verib. Aviaşirkət əvvəllər ləğv edilmiş reyslərdən sərnişinlərin təxliyəsi üçün əlavə repatriasiya uçuşları təşkil edəcək.

SCAT aviaşirkəti vətəndaşları Qətərdən təxliyə etməyə başlayıb. Doha-Almatı marşrutu üzrə ilk reys bu gün həyata keçirilib. İyunun 25-də Qazaxıstan vətəndaşları Doha-Astana reysi ilə də uça biləcəklər.

Baxış sayı: 2 439

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə