Gömrük Məcəlləsinə dəyişiklik edilir

Bakı, 24 iyun, ARHD.AZ




Gömrük Məcəlləsinə dəyişiklik edilir


Gömrük borcunun ödənilməsinə dair yeni qayda müəyyənləşir.

ARHD.AZ xəbər verir ki, bu məsələ parlamentin iyunun 24-də keçirilən iclasının gündəliyinə daxil edilmiş Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Baxış sayı: 5 317

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə