Bakı, 20 iyun, ARHD.AZ
AFFA rəsmiləri FIFA-nın sammitində iştirak edirlər
Bu gün ABŞ-ın Mayami şəhərində FIFA-nın İcraedici Futbol Sammiti keçirilir.
AFFA-dan ARHD.AZ-a verilən məlumata görə, tədbirdə Azərbaycanı milli assosiasiyanın prezidenti Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev təmsil edirlər.
Tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq, klublararası dünya çempionatı, eləcə də, gələcək layihələr haqqında məlumat verilib.






















