Bakı, 20 iyun, ARHD.AZ




Əmək və əhalinin sosial müdafiəsi naziri Zaqatalada vətəndaşların müraciətlərini dinləyib


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zaqatala rayonunda Zaqatala və Balakən rayonları sakinlərinin müraciətlərini dinləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, əvvəlcə Anar Əliyev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Həmin gün vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya, mənzil təminatı, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Baxış sayı: 4 339

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə