Naxçıvanda su xəttində qəza baş verib

Naxçıvan, 18 iyun, ARHD.AZ




Naxçıvanda su xəttində qəza baş verib


Naxçıvan şəhərinin bir sıra küçə və məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Qoçüstü məhəlləsini, B.Abbasov küçəsini, Çənlibel məhəlləsini, Tumbul kəndi və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.

Qəzanın aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Baxış sayı: 4 538

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə