Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bakı, 17 iyun, ARHD.AZ




Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb


Cari ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artaraq 5 milyard 680,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən ARHD.AZ-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 298,5 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,7 faizini təşkil edib.

Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 555,1 manatlıq və ya 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə nominal ifadədə 82,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Baxış sayı: 5 321

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə