İlin beş ayında pensiya ödənişlərinə 2 milyard 954 milyon manat vəsait yönəldilib

Bakı, 14 iyun, ARHD.AZ




İlin beş ayında pensiya ödənişlərinə 2 milyard 954 milyon manat vəsait yönəldilib


Bu ilin beş ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (261 milyon manat) çox olmaqla 2 milyard 954 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Yanvar-may aylarında 21 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 159 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Baxış sayı: 4 543

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə