DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib

Bakı, 13 iyun, ARHD.AZ




DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib


İyunun 12-də bir sıra şəxslərin bank hesablarından 6 min 880, 4 min 347, 4 min 100, 600, 537, 507, 500, 472, 450, 310, 300, 270, 255, 203, 200, 124, 100, 91 və 80 manat məbləğlərində vəsaitlər kiberyolla oğurlanıb.

Daxili İşlər Nazirliyindən ARHD.AZ-a verilən məlumata görə, naməlum nömrələrdən edilən zənglər və göndərilən mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdləri davam edir. Bu səbəbdən əhalidən diqqətli olmaları xahiş olunur.

Vətəndaşlar bilməlidirlər ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti və SMS-lə göndərilən OTP (birdəfəlik şifrə) məlumatları mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatları həyata keçirilə bilər.

Tövsiyə olunur ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verilməsin, heç bir halda şəxsi və maliyyə məlumatları paylaşılmasın, şübhəli ünsiyyət zamanı əlaqə dərhal dayandırılsın və nömrə blok edilsin.

“Bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və müvafiq bank qurumlarına müraciət etməlidirlər”, - deyə məlumatda bildirilir.

Baxış sayı: 4 326

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə