“Məşğulluğa dəstək layihəsi” üzrə 25 minə yaxın şəxs üçün təsərrüfatlar qurulub

Bakı, 10 iyun, ARHD.AZ




“Məşğulluğa dəstək layihəsi” üzrə 25 minə yaxın şəxs üçün təsərrüfatlar qurulub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində ötən dövrdə 25 minə yaxın şəxs avadanlıqlarla təmin edilib. Verilmiş avadanlıqlar hesabına onlar istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, 2020-2025-ci illəri əhatə edən həmin layihə özünüməşğulluq proqramının genişlənməsinə, həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) kiçik biznesə çıxışına dəstək məqsədi daşıyır.

Bu ilin axırınadək 26 mindən artıq benefisiarın layihəyə cəlb olunması hədəflənib.

Baxış sayı: 6 547

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə