Dünya Bankı və BVF Azərbaycanda qadınların məşğulluq imkanlarının artırılması üçün aparılan islahatları nümunə göstərib

Bakı, 9 iyun, ARHD.AZ



Dünya Bankı və BVF Azərbaycanda qadınların məşğulluq imkanlarının artırılması üçün aparılan islahatları nümunə göstərib


Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun yaz iclasında Azərbaycanda qadınların məşğulluq imkanlarının artırılması üçün son illər aparılan islahatlar nümunə göstərilib.

ARHD.AZ xəbər verir ki, bu islahatlar ölkədə qadınların əmək bazarında iştirakı ilə bağlı böyük irəliləyiş kimi qeyd olunub. Qadınların bir çox peşə sahəsində (dəmir yolu mühəndisi, avtobus sürücüsü və s.) işləməsi ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətlərin artıq müvafiq qanun dəyişiklikləri ilə aradan qaldırıldığı bildirilib.

Nəticədə qadınların dəmir yolu sahəsində məşğulluq imkanlarının artdığı vurğulanıb.

Baxış sayı: 6 545

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə