Bakı, 6 may, ARHD.AZ




İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşlarla görüşüb



İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Naxçıvan şəhərində bu şəhərdən, həmçinin Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Nazirliyin mətbuat xidmətindən ARHD.AZ-a bildiriblər ki, görüş zamanı Naxçıvanda vətəndaşların biznesin inkişafı, ixrac, əmlak, vergi, logistika və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

Baxış sayı: 5 472

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə