Ziyalılıq ruhla bağlı olan bir əlamətdir. Əgər insanın ruhu sağlam, təfəkkürü güclü, zəkası iti, təbiəti gözəl deyilsə, bu məqama yetişə bilmir. Ziyalı sözü özündə incə zövq, dərin düşüncə, uzaqgörənlik, mədəni davranış, mərhəmət, müdriklik ehtiva edən adamlara deyilir.
Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir.1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir.1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir.1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.Evlidir, iki övladı, dörd nəvəsi var.Hafiz Mir-Cəlal oğlu Paşayev 2 may 2011-ci il Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.9 iyul 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.29 aprel 2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Bugün 2may ADA" Universitetinin rektoru, diplomat əziz insan Hafiz müəllim Paşayevin doğum günüdür.
Doğum günü münasibətilə Hafiz müəllimi ürəkdən və səmimi qəlbdən təbrik edir ona uzun ömür cansağlığı, sağlam və xoşbəxt həyat arzulayırıq, həyatda hər zaman xoş günlər, işlərində və fəaliyyətində bol bol uğurlar arzulayırıq, Allah ömür versin əziz Hafiz müəllim. 84 yaşınız mübarək.
Hörmətlə,
ARHD.AZ ictimai-siyasi saytının rəhbərliyi