Bakı, 14 aprel, ARHD.AZ



BMU-da Çin universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilən təlim başa çatıb


Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin müəllim və tələbələri üçün Çin Xalq Respublikasının Ningxia Politexnik Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilən “Data analitikası” adlı təlim proqramı başa çatıb.

BMU-dan ARHD.AZ-a bildirilib ki, Çin mütəxəssislərinin təqdimatında ingilis dilində təşkil olunan onlayn təlim proqramında iştirakçıların qlobal təhsil və data analitikası sahəsində bacarıqları inkişaf etdirilib. Təlimdə, həmçinin statistik metodlar, məlumatların vizuallaşdırılması və müasir analitik alətlər üzrə dərin biliklər, eləcə də praktiki təcrübə əldə olunub.

BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov beynəlxalq təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, gələcəkdə də birgə təşəbbüslərlə transformasiyaedici təlim imkanlarının genişləndiriləcəyini bildirib.

Sonra təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Baxış sayı: 4 349

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə