Kamran Əliyev: Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır

Xankəndi, 14 aprel,   ARHD.AZ



Kamran Əliyev: Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır


Müasir Azərbaycanın hüquqi-siyasi dayaqları məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin nəticəsidir. 1995-ci ildə qəbul olunan Konstitusiya və prokurorluq orqanlarının yenidən qurulması bu siyasətin mühüm elementlərindəndir. Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.

Kamran Əliyev tədbirin Xankəndi şəhərində keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb: “Bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür”.

Baxış sayı: 5 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə