XİN: Çin ABŞ-ın son rüsum addımı ilə əlaqədar qətiyyətli tədbirlər görəcək

Pekin, 9 aprel, ARHD.AZ



XİN: Çin ABŞ-ın son rüsum addımı ilə əlaqədar qətiyyətli tədbirlər görəcək


Biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qətiyyətli tədbirlər görməyə davam edəcəyik.

ARHD.AZ xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını 104 faizə qaldırması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

“Biz heç kimə Çin xalqının qanuni inkişaf hüququnu əlindən almağa icazə verməyəcəyik. Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirmək cəhdlərinə dözməyəcəyik”, - deyə Çin XİN rəsmisi bildirib.

Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb.

Baxış sayı: 4 543

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə