Metronun “İçərişəhər” stansiyasından qatarların geri qayıtması üçün dönmə kamerası inşa olunacaq

Bakı, 7 aprel, ARHD.AZ



Metronun “İçərişəhər” stansiyasından qatarların geri qayıtması üçün dönmə kamerası inşa olunacaq


“Bakı metropoliteni” QSC-də qatarların hərəkətinin təşkili prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalarda dalan infrastrukturu və ya dönmə kamerasının olması xüsusi əhəmiyyət kəsb edir. Buna görə Qırmızı xətdə hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün “İçərişəhər” stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb və müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür.

ARHD.AZ xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Yaşıl xətdə də funksional fəaliyyət üçün “Xətai” stansiyasından sonra xəttin inşasının davam etdirilməsi üçün nəzərdə tutulmuş 10 stansiyadan 4-ü bu istiqamətdə tikiləcək.

Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastrukturun şərti adı “Y-15” olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işləri müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulan “Y-15” stansiyasından başlanaraq, “Xətai” stansiyası istiqamətində aparılacaq. Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı “Y-14” olan stansiyanın inşası da tamamlanmalıdır.

Baxış sayı: 7 654

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə