Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

Bakı, 24 mart, ARHD.AZ




Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb


Rusiyanın Primorye diyarında Su-25 təyyarəsi təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.

ARHD.AZ Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Pilot katapult edib və axtarış-xilasetmə qrupu tərəfindən aşkar olunub. Hərbi qurum əlavə edib ki, pilotun həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

“Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Təyyarə insanların olmadığı əraziyə düşüb və düşdüyü yerdə heç bir dağıntı yoxdur”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

İlkin məlumata görə, qəzaya səbəb texnik nasazlıq olub. Rusiya Aerokosmik Qüvvələrinin komissiyası qəza yerinə yollanıb.

Zirehli hücum təyyarəsi olan Su-25 “Qraç” döyüş sahəsində hədəfi görmə zonasında quru qoşunlarına birbaşa dəstək vermək, həmçinin təyin olunmuş koordinatlara malik hərəkət edən və etməyən yerüstü və azsürətli hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Təyyarənin ekipajı bir nəfərdən ibarətdir.

Baxış sayı: 3 637

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə