Nazirlik: Ötən iki ayda müavinətlər üzrə 183 milyon manat, Prezident təqaüdləri üzrə 116 milyon manat ödənilib

Bakı, 21 mart, ARHD.AZ



Nazirlik: Ötən iki ayda müavinətlər üzrə 183 milyon manat, Prezident təqaüdləri üzrə 116 milyon manat ödənilib


Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 470 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 183 milyon manat, Prezident təqaüdləri üzrə 116 milyon manat ödənilib.

Bu ilin iki ayında 28 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 750 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Baxış sayı: 5 644

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə