Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO

Bakı, 20 mart, ARHD.AZ



Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub 


Daxili İşlər Nazirliyi bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə ARHD.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə deyilir:

"Əziz hərəkət iştirakçıları!

Novruz bayramı günlərində bölgələrimizə - şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır. Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.

İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək.

Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq.

Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin".

Baxış sayı: 5 444

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə