Prokurorluq işçiləri ekoloji hüquqpozmalarla mübarizə sahəsində tədrisə cəlb edilib
Ölkəmizin COP29-a sədrliyi ilə əlaqədar prokurorluq orqanları tərəfindən müxtəlif tədbirlər keçirilir.
Bu çərçivədə, cari il martın 10-dan 18-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq işçiləri üçün “Ətraf mühitin mühafizəsi və ekoloji hüquqpozmalarla mübarizə” mövzusunda distant təlim keçirilib.
Elektron mühazirə formatında keçirilmiş təlimdə ətraf mühitin mühafizəsinin qanunverici əsasları, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan xətalara görə inzibati məsuliyyət, ekoloji cinayətlərə görə cinayət məsuliyyəti və digər aktual məsələlər tədris obyekti olub.
