19.03.2025  ARHD.AZ

Baş Prokurorluğun əməkdaşı BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının iclasında iştirak edib


  Cari il mart ayının 10-14 tarixlərində Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyasının iclası keçirilib.

  İclasda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Aynur Əfəndiyeva təmsil edib.

  Komissiyanın iclasları zamanı narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən komissiyanın yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə edilib və 6 yeni qətnamə qəbul edilib.

Baxış sayı: 5 465

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə