Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib

Bakı, 17 mart, ARHD.AZ



Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib


Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə aparılan tikinti işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ARHD.AZ-a bildirilib ki, sözügedən körpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılıb.

Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə, körpünün həmin infrastruktura uyğun olması şərtdir, bu da layihə zamanı öncədən nəzərə alınıb. Belə ki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri tikilib. Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir.

Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq ikicərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.

Baxış sayı: 5 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə