Lüksemburqla sərhəddə olan fransız komunaları həyəcan təbili çalır

Paris, 12 mart, ARHD.AZ



Lüksemburqla sərhəddə olan fransız komunaları həyəcan təbili çalır


Fransanın Redanj komunasının meri sərhəd komunalarda fransız şagirdlərin kütləvi şəkildə Lüksemburq məktəblərinə getdiyini bildirib. Mer Lüksemburq təhsil sisteminə aludə olan fransız valideynlərin övladlarının qeydiyyatdan keçmək qaydalarını pozduğunu vurğulayıb.

ARHD.AZ xəbər verir ki, Redanj komunasının meri ibtidai məktəbdə müəllim vəzifəsi ilə bağlı həyəcan təbili çalıb. Bildirib ki, bu fenomen Mozel komunasında, eləcə də bütün sərhəd komunalarında müşahidə olunur.

Valideynlər bu qərarlarını Lüksemburqda təhsilin, xüsusilə də xarici dil öyrənmənin daha effektiv olması ilə əsaslandırırlar. Onların fikrincə, Lüksemburqda məktəbdən kənar fəaliyyətlər təklif olunur.

“Bir sözlə, valideynlər hesab edirlər ki, Fransa məktəb sistemi kifayət qədər yaxşı fəaliyyət göstərmir”, - deyə mer bildirib.

Mer, həmçinin əlavə edib ki, Lüksemburqda uşaqlar “beynəlxalq” adlanan məktəblərdə təhsil alırlar ki, bu da müəyyən prestijdir: “Növbəti təhsil ili üçün fransız məktəbində müəllim vəzifəsi təhlükə altındadır, çünki siniflərdə şagirdlərin sayı kifayət qədər deyil”.

Eyni vəziyyətin Almaniya ilə sərhəddə olan komunalarda da müşahidə edildiyi bildirilir.

Baxış sayı: 4 648

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə