“Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə operativ məlumat mübadiləsi təmin olunacaq

Bakı, 12 mart, ARHD.AZ


“Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə operativ məlumat mübadiləsi təmin olunacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial işin idarə edilməsi” altsisteminin yaradılması işləri aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, e-sistem çətin həyat şəraitində olan və ya həmin vəziyyətə düşmə riski olan şəxslərə (ailələrə) yönəlmiş sosial işin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsinə imkan verəcək.

“Sosial işin idarə edilməsi” altsistemi vasitəsilə sosial işçilər və aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsi təmin olunacaq, sosial xidmətlər üçün müraciətlərin qəbulu, emalı və qiymətləndirilməsi rəqəmsal mühitdə aparılacaq.

Beləliklə, həmin altsistem sosial iş sahəsi ilə bağlı aidiyyəti qurumlar arasında e-sistem vasitəsilə koordinasiyanın güclənməsinə və sosial xidmətlərin daha çevik təşkilinə şərait yaradacaq.

Eyni zamanda, qiymətləndirmə və fərdi sosial iş planlarının hazırlanması, müraciətlərin və sosial halların qiymətləndirilməsinin e-qaydada icra olunması, altsistemin gələcəkdə funksionallığının genişləndirilməsi də nəzərdə tutulur.

Baxış sayı: 4 460

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə