Bakı, 12 mart, ARHD.AZ

Gənclər və İdman Nazirliyində Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qonaqlara ölkəmizdə milli idman növlərinin inkişafı barədə məlumat verib. ETWF prezidenti Ralf Brauninger səfər çərçivəsində keçirilən görüşlər və Abşeron Olimpiya İdman Kompleksində idmançılar, məşqçilər və hakimlər üçün təşkil olunmuş seminar haqqında danışıb.

Görüşdə həmçinin Azərbaycanda kəndirdartma idmanının inkişafı və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Baxış sayı: 5 649

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə