Baş prokuror ICMP-nin baş direktoru ilə görüşüb

Bakı, 11 mart, ARHD.AZ



Baş prokuror ICMP-nin baş direktoru ilə görüşüb


Martın 11-də Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən ARHD.AZ-a bildirilib ki, görüşdə Kamran Əliyev rəhbərlik etdiyi qurumla ICMP arasında 2023-cü ildən etibarən müsbət əməkdaşlıq əlaqələrinin formalaşdığını qeyd edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar barədə məlumat verib. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində itkin düşmüş 3983 azərbaycanlının işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırıldığı, indiyə qədər onların taleyinə aydınlıq gətirilmədiyi vurğulanıb, Ermənistan tərəfindən müfəssəl məlumatların təqdim edilmədiyi qeyd olunub.

Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, hüquqi bazanın genişləndirilməsi, yerli mütəxəssislərin peşəkarlığının artırılması və müasir laboratoriyaların tikilməsi işlərinə Komissiyanın töhfə verə biləcəyini bildirib, son illər ölkəmizdə bu sahədə görülən işləri yüksək qiymətləndirib.

Səmərəli diskussiya formatında keçirilmiş görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə