Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 11 mart, ARHD.AZ



Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyəcək


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 17-də saat 09:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən ARHD.AZ-a bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 2874244) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Baxış sayı: 4 357

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə