Dmitri Peskov Səudiyyə Ərəbistanındakı danışıqlar barədə: Mühüm olan ABŞ-ın nə gözlədiyidir

Moskva, 10 mart, ARHD.AZ



Dmitri Peskov Səudiyyə Ərəbistanındakı danışıqlar barədə: Mühüm olan ABŞ-ın nə gözlədiyidir


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında gözlənilən danışıqlar barədə təsdiqlənmiş məlumatları şərh edib.

ARHD.AZ xəbər verir ki, mətbuat katibi deyib: “Səudiyyə Ərəbistanına gəlincə, burada bizim nəyi gözlədiyimizin heç bir əhəmiyyəti yoxdur. Burada mühüm olan ABŞ-ın nə gözləməsidir”.

Kreml sözçünün sözlərinə görə, müxtəlif səviyyələrdə dəfələrlə ABŞ-ın Kiyevdən sülh yolu ilə nizamlanmaya doğru irəliləmək istəyini nümayiş etdirməsini gözlədiyinə dair bəyanatlar səsləndirilib. “Baxın, yəqin ki, hamının gözlədiyi də budur”, -deyə mətbuat katibi əlavə edib.

D.Peskov onu da qeyd edib ki, Ukrayna rəhbərliyi nümayəndələrinin həqiqətən də sülh üçün səy göstərməyə hazır olub-olmaması qeyri-müəyyən olaraq qalır. “Bu, əlbəttə ki, çox vacibdir və müəyyən edilməlidir”, - deyə mətbuat katibi sözlərini yekunlaşdırıb.

Baxış sayı: 5 635

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə