
Bakı, 8 mart, ARHD.AZ
DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Martın 7-də ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 155 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.