Bakı, 7 mart, ARHD.AZ



Hərbi Prokurorluqda Beynəlxalq Qadınlar Günü qeyd olunub


Martın 7-də Hərbi Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

ARHD.AZ xəbər verir ki, tədbirdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluğun kollektivində çalışan xanımları təbrik edərək, ən xoş arzularını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə qadınlara diqqət və qayğı artırılıb, bu siyasət dövlət səviyyəsində daha da möhkəmləndirilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də qadınlara dövlət səviyyəsində xüsusi dəyər verilir, gender bərabərliyi hər bir məqamda qorunur. Sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, xalqına sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının dövlətimizin əldə etdiyi uğurlara töhfələrini xüsusi vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev cəmiyyətimizdə və dövlətimizdə qadınların rolunun özünəməxsus və əvəzolunmaz olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər də Azərbaycan xanımlarının müxtəlif sahələrdə uğurlu fəaliyyətindən bəhs ediblər.

Sonra mükafatlandırma mərasimi keçirilib, xanım əməkdaşlara hədiyyələr təqdim olunub.

Baxış sayı: 6 034

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə