Bakı, 7 mart, ARHD.AZ



Qida Təhlükəsizliyi Agentliyinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib


Martın 7-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, əvvəlcə agentliyin sədri və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Baxış sayı: 4 035

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə