Azərbaycanda 4.0 Sənaye Mərkəzi yaradılacaq

Bakı, 5 mart, ARHD.AZ


Azərbaycanda 4.0 Sənaye Mərkəzi yaradılacaq


Bu il Azərbaycanda 4.0 Sənaye Mərkəzi yaradılacaq.

ARHD.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O əlavə edib: “4.0 Sənaye Mərkəzi özəl və dövlət sektorunun nümayəndələrinə müxtəlif layihələrlə tanış olmaq imkanı verəcək. Orada texnoloji şirkətlər öz məhsullarını təqdim edəcək, startapların da iştirakı təmin olunacaq. Mərkəz 5000-dən çox insana rəqəmsal bacarıqlar öyrədəcək”.

F.Cəfərov qeyd edib ki, hazırda Dördüncü Sənaye İnqilabının innovasiyalarını həyata keçirən şirkətlərin reyestri yaradılır. Beləliklə, 4.0 Sənaye platforması anbar xərclərini 20-40 faiz azaldacaq və məhsuldarlığı 15-30 faiz artıracaq.

Baxış sayı: 4 366

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə