Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi hava qüvvələri ilk dəfə olaraq İrandakı hədəflərə birbaşa zərbələr endirib.
“ARHD.AZ” İsrailin “Ynet” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı İranda yerləşən suyun duzsuzlaşdırılması zavodu hədəf alınıb.
BƏƏ rəsmiləri bu hücumun İran rejimi üçün “ilkin siqnal” olduğunu bəyan ediblər. Bildirilib ki, əgər Tehranın regiondakı hücumları şiddətlənərsə, BƏƏ-nin ABŞ və İsrailin başlatdığı hərbi kampaniyaya rəsmən qoşulması realdır.
Xatırladaq ki, bundan əvvəl SEPAH İsrailin Hayfa şəhəri ilə yanaşı, Bəhreyn və Dubaydakı (“Marina Hotel”) hədəflərə zərbələr endirdiyini açıqlamışdı. İran Prezidenti Məsud Pezeşkian Körfəz ölkələrinə dəymiş ziyana görə üzr istəsə də, hərbi qanadın hücumları davam etdirməsi Tehran hakimiyyəti daxilindəki ciddi fikir ayrılığından xəbər verir.
























