Gürcüstan telekanalı Azərbaycan Prezidentinin BMT Baş Assambleyasındakı çıxışından geniş material yayıb

Tbilisi, 26 sentyabr, ARHD.AZ




Gürcüstan telekanalı Azərbaycan Prezidentinin BMT Baş Assambleyasındakı çıxışından geniş material yayıb


Gürcüstanın 1Tv.ge televiziya kanalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən mötəbər beynəlxalq platformaların birindən – BMT Baş Assambleyasının tribunasındakı çıxışından geniş material yayıb.

ARHD.AZ xəbər verir ki, ingilis dilində yayımlanan 17 dəqiqəlik videomaterialda, eləcə də gürcü dilində dərc olunmuş xəbərdə dövlətimizin başçısının dünyaya çağırışı barədə məlumat verilir.

Materialda deyilir ki, Azərbaycan Prezidenti çıxışında ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünyanın qurulmasının zəruriliyini dilə gətirdi.

Azərbaycan Lideri bu tribunadan ölkəmizin baxışlarını, prioritetlərini bəyan etdi: Beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq.

Qeyd olunur ki, Prezident İlham Əliyevin Baş Assambleyadakı çıxışı həm də tarixi bir an idi. Çünki Azərbaycan Lideri vaxtilə ölkəmizin işğal, təcavüz və ədalətsizliyə məruz qaldığını bəyan etdiyi tribunada indi işğala necə son qoyduğumuzu və sülhü siyasi vasitələrlə necə təmin etdiyimizdən danışdı.

Eyni zamanda, materialda Azərbaycan Prezidentinin enerji təhlükəsizliyinin sülh, regional inteqrasiya və iqtisadi inkişafla bağlı olması barədə fikirləri qeyd olunur, Azərbaycanın bu məqsədlərə nail olmaqda fəal rol oynamaqda davam etdiyi vurğulanır.

Baxış sayı: 5 680

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə