Zelenski Ukrayna nümayəndə heyətinin sonrakı addımlarını açıqlayıb

Kiyev, 19 avqust, ARHD.AZ




Zelenski Ukrayna nümayəndə heyətinin sonrakı addımlarını açıqlayıb


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp və avropalı müttəfiqləri ilə görüşündən sonra Ukrayna nümayəndə heyətinin növbəti addımlarını açıqlayıb.

ARHD.AZ bu barədə dövlət başçısının “Telegram” kanalına istinadla xəbər verir.

O qeyd edib: “Dünən Vaşinqtonda ABŞ Prezidenti və Avropa liderləri ilə mühüm danışıqlar aparıldı. Həqiqətən, müharibənin dayandırılması Ukraynanın və xalqımızın təhlükəsizliyinə doğru atılacaq əhəmiyyətli addımdır. Biz artıq təhlükəsizlik zəmanətlərinin konkret məzmunu üzərində işləyirik”.

Zelenski əlavə edib ki, bu gün, avqustun 19-da liderlər səviyyəsində koordinasiya davam edəcək, müzakirələr aparılacaq, müvafiq formatlar hazırlanacaq.

Dövlət başçısı vurğulayıb: “Biz sabah işimizi davam etdirəcəyik. Milli təhlükəsizlik müşavirləri də hazırda daimi əlaqədədir. Təhlükəsizlik təminatları olacaq. Biz tərəfdaşlıq, təhlükəsizlik zəmanətləri və Ukrayna xalqının cəsarəti sayəsində sülhə gedən yolun reallığa çevrilməsi üçün hər şeyi edəcəyik”.

Xatırladaq ki, dünən, avqustun 18-də Ağ Evdə Donald Tramp, Volodimir Zelenski və bir sıra Avropa liderlərinin iştirakı ilə danışıqlar aparılıb.

Baxış sayı: 6 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə