Almaniya Kansleri: Rusiya ilə Ukrayna arasında atəşkəs görmək istəyirik

Vaşinqton, 19 avqust , ARHD.AZ



Almaniya Kansleri: Rusiya ilə Ukrayna arasında atəşkəs görmək istəyirik


Almaniya Kansleri Fridrix Merts Ukrayna ilə Rusiya arasında atəşkəs istədiyini bəyan edib.

ARHD.AZ-ın məlumatına görə, bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, onun ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə görüş zamanı deyib. “Növbəti görüşün atəşkəs olmadan baş tutacağını təsəvvür edə bilmirəm”,- deyə bildirib.

Kansler liderləri atəşkəsin əldə edilməsi üzərində işləməyə və Rusiyaya təzyiq göstərməyə çağırıb:

“Atəşkəsin əldə olunması bizim bugünkü səylərimizin nə qədər etibarlı olduğunu göstərəcək. Ona görə də mən bu aspekti vurğulamaq istərdim: Artıq növbəti görüşdə atəşkəsin razılaşdırılması olsun. Növbəti görüş isə məkan fərqi olmadan üçtərəfli keçirilməlidir”.

Baxış sayı: 6 547

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə