Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 18 avqust, ARHD.AZ




Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib


Milli Məclisin sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk arasında telefon danışığı baş tutub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a bildirilib ki, telefon danışığı zamanı iki ölkə parlamenti arasında əməkdaşlıq məsələləri müzakirə edilib, əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.

Söhbətdə Azərbaycan-Ukrayna münasibətlərinin hərtərəfli inkişafı fonunda parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi yolları nəzərdən keçirilib, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə, Sahibə Qafarova Ruslan Stefançuku Azərbaycan Respublikasına səfərə dəvət edib. Telefon danışığı zamanı parlamentlərarası əlaqələrin birgə səylərlə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.

Baxış sayı: 6 546

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə