Türkiyənin turizm gəlirləri artıb

İstanbul, 31 iyul, ARHD.AZ




Türkiyənin turizm gəlirləri artıb


Türkiyənin turizm gəliri bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq 16 milyard 284 milyon 322 min dollara çatıb.

ARHD.AZ xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) bu ilin aprel-iyun dövrünə aid turizm statistikalarını açıqlayıb.

Məlumata əsasən, bu gəlirin 16 milyard 95 milyon 247 min dolları ölkəyə gələn ziyarətçilərdən, 189 milyon 75 min dolları isə tranzit uçuşlardan əldə olunub. Qeyd edilən dövrdə Türkiyəyə səfər edənlərin sayı da ötən ilin eyni rübü ilə müqayisədə 2 faiz artıb.

 

Baxış sayı: 6 763

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə