ABŞ Dövlət Departamentinin əməkdaşları Kamboca-Tailand danışıqlarında iştirak edirlər

Vaşinqton, 28 iyun, ARHD.AZ




ABŞ Dövlət Departamentinin əməkdaşları Kamboca-Tailand danışıqlarında iştirak edirlər


ABŞ Dövlət Departamentinin nümayəndələri Kamboca və Tailand arasında Malayziyada keçiriləcək atəşkəsin əldə olunmasına dair yüksək səviyyəli danışıqlarda iştirak edəcək. ARHD.AZ-ın məlumatına görə, bu barədə dövlət katibo Marko Rubionun bəyanatında deyilir. O bildirib ki, qurumun rəsmiləri sülh səylərinə dəstək vermək üçün Malaziyadadırlar.

“Həm prezident Tramp, həm də mən hər iki ölkədəki həmkarlarımızla əlaqə saxlayırıq və vəziyyəti çox diqqətlə izləyirik. Biz bu münaqişənin tez bir zamanda bitməsini istəyirik”,- deyə Rubio əlavə edib.

Baxış sayı: 6 570

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə