Vaşinqton, 26 iyul, ARHD.AZ
Tramp Şotlandiyada Aİ ilə ticarət sazişi üzrə danışıqlar aparacaq
ABŞ Prezidenti Donald Tramp bazar günü Şotlandiyada Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşəcəyini təsdiqləyib.
ARHD.AZ-ın məlumatına görə, bu barədə o, Şotlandiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. “Biz bir razılaşma üzərində işləyəcəyik. Razılaşma əldə edib-etməyəcəyimizi görəcəyik. Çox hörmət etdiyim Ursula fon der Lyayen burada olacaq. Bunu səbirsizliklə gözləyirik”,- deyə Tramp bildirib.






















