Qazaxıstanda hərbi helikopter radarlardan yoxa çıxıb

Astana, 25 iyul, ARHD.AZ




Qazaxıstanda hərbi helikopter radarlardan yoxa çıxıb


İyulun 25-də Almatı vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 tipli helikopter planlı uçuş zamanı radarlardan itib.

ARHD.AZ Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvə və vasitələri cəlb olunmaqla ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Qazaxıstan Respublikası müdafiə nazirinin xahişi ilə hadisənin bütün hallarını aydınlaşdırmaq üçün xüsusi komissiya hadisə yerinə uçub.

Baxış sayı: 6 547

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə