Aİ ilə KƏŞ ölkələri arasında strateji tərəfdaşlıq danışıqları başlayır

Qahirə, 19 iyul, ARHD.AZ



Aİ ilə KƏŞ ölkələri arasında strateji tərəfdaşlıq danışıqları başlayır


Avropa İttifaqı (Aİ) beynəlxalq tərəfdaşlıqlarını genişləndirmək məqsədilə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ilə ikitərəfli strateji tərəfdaşlıq sazişləri imzalamaq üçün danışıqlara başlamağa razılıq verib.

ARHD.AZ “Bloomberg”ə istinadla xəbər verir ki, Brüsseldə keçirilən nazirlər toplantısında Aİ-nin nazirləri KƏŞ-ə üzv dövlətlərlə (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman və Qətər) ticarət danışıqlarına başlamağa qərar veriblər.

Danışıqların ən qısa zamanda başlaması gözlənilir və onlar təhlükəsizlik məsələlərindən tutmuş enerji sektorunda əməkdaşlığa qədər geniş sahələri əhatə edəcək.

Aİ-nin Aralıq dənizi məsələləri üzrə komissarı xanım Dubravka Şuytsa “Bloomberg”ə bildirib ki, qurum strateji tərəfdaşlıq sazişləri vasitəsilə Körfəz ölkələri ilə əməkdaşlığı yeni səviyyəyə yüksəltmək istəyir.

Baxış sayı: 5 662

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə