Alyaska yarımadasında güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib

Vaşinqton, 17 iyun, ARHD.AZ



Alyaska yarımadasında güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib


ABŞ-də Alyaska yarımadasında 7,1 bal gücündə zəlzələ baş verib.

ARHD.AZ xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Sand Point şəhərindən 87 km cənubda 10 km dərinlikdə qeydə alınıb.

ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra Alyaskanın bəzi hissələri üçün sunami xəbərdarlığı edib.

Milli Meteoroloji Xidmətin məlumatına görə, xəbərdarlığın qüvvədə olduğu zonalarda yaşayan sakinlərdən daxili ərazilərə və ya daha yüksək yerə təxliyə olunmaq və ya çoxmərtəbəli binanın yuxarı mərtəbəsinə köçmək çağırışı edilib.

Baxış sayı: 6 770

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə