Ermənistan – Gürcüstan sərhədində 5,1 bal gücündə zəlzələ olub

Tbilisi, 8 mart, ARHD.AZ



Ermənistan – Gürcüstan sərhədində 5,1 bal gücündə zəlzələ olub


Martın 8-də səhər saatlarında Ermənistanda 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Gürcüstan sərhədindən 24 kilometr məsafədə qeydə alınıb və Gürcüstan əhalisi də zəlzələni hiss edib.

ARHD.AZ xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzinin rəhbəri Tea Godoladze məlumat verib.

Bildirilir ki, zəlzələnin episentri Spitak yaxınlığında, Pan-Baxsevan zonasında yerləşir. Ərazi Gürcüstanın Dmanisi bələdiyyəsinə yaxın olduğu üçün bu bölgədə də təşviş yaradıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, yeraltı təkanlar Lori, Tavuş və Şirak rayonlarında 4-6 bal, Kotayk, Geqarkunik və Araqatsotn rayonlarında isə 2-4 bal, Spitak, Stepanavan və Lori vilayətinin Vanadzor şəhərlərində 2-3 bal gücündə olub.

Günorta saatlarına qədər bir neçə afterşok qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Baxış sayı: 6 582

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə