Gürcüstanın Baş naziri Türkiyənin ticarət naziri ilə regional əməkdaşlıq məsələlərini müzakirə edib

Tbilisi, 16 iyul, ARHD.AZ




Gürcüstanın Baş naziri Türkiyənin ticarət naziri ilə regional əməkdaşlıq məsələlərini müzakirə edib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Türkiyənin ticarət naziri Ömər Bolatla görüşüb.

Görüşdə ikitərəfli və regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

ARHD.AZ xəbər verir ki, görüşdə Tbilisidə keçirilən Gürcüstan-Türkiyə biznes-forumunun əhəmiyyəti xüsusi qeyd olunub.

Söhbət zamanı Gürcüstan ilə Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin önəmi vurğulanıb.

Tərəflər ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf dinamikasından məmnunluq ifadə ediblər.

Danışıqlar zamanı tərəflər regional əhəmiyyətli birgə layihələr, o cümlədən artan ticarət dövriyyəsi və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Baş nazir İrakli Kobaxidze Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin təmininə töhfə verməyə hazır olduğunu vurğulayıb və regionda təhlükəsizliyin qorunmasının əhəmiyyətini qeyd edib.

Hökumət başçısı, həmçinin Türkiyə nümayəndə heyətini oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştiraka dəvət edib.

Baxış sayı: 7 869

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə