Almaniya polisi 250-dən çox şirkətə qarşı haker hücumu həyata keçirən beynəlxalq şəbəkəni çökdürüb

Berlin, 16 iyul, ARHD.AZ




Almaniya polisi 250-dən çox şirkətə qarşı haker hücumu həyata keçirən beynəlxalq şəbəkəni çökdürüb


Almaniya Federal Cinayət Polisi İdarəsi (BKA) çoxsaylı kiberhücumlarda ittiham olunan rusiyayönümlü “NoName057(16)” adlı haker qrupuna qarşı bir sıra ölkələrin hüquq-mühafizə orqanları ilə birlikdə beynəlxalq əməliyyat keçirib.

ARHD.AZ “Bild” qəzetinə istinadla xəbər verir ki, əməliyyat zamanı bir sıra ölkələrdə yüzlərlə serverə malik şəbəkə çökdürülüb. Almaniyada və Rusiyada yaşayan altı nəfər barəsində həbs qərarı çıxarılıb. Onlardan ikisinin “NoName057(16)” qrupunun məsul şəxsləri olduğu bildirilir. Bütün şübhəlilər barəsində beynəlxalq axtarış elan olunub.

Həmçinin bir neçə ölkədə bu qruplaşmanın üzvü olmaqda şübhəli bilinən şəxslərə məxsus 24 obyektə baxış keçirilib. Əməliyyat keçirilən obyektlərdən biri Berlində, ikisi isə Bavariyadadır.

BKA-nın açıqlamasına görə, “NoName057(16)” özünü Rusiyanın dəstəkçisi kimi təqdim edən ideolojiyönümlü haker qrupudur və Rusiya-Ukrayna münaqişəsi kontekstində rəqəmsal xidmətlərin, serverlərin və ya veb-saytların çoxsaylı sorğularla yüklənərək sıradan çıxarılması ilə nəticələnən kiberhücumlar həyata keçirir. Qrupun hədəfləri arasında kritik infrastruktur müəssisələri, o cümlədən müdafiə sənayesi obyektləri, elektrik təchizatçıları, nəqliyyat şirkətləri, dövlət qurumları və ictimai təşkilatlar yer alıb.

Bu iş üzrə istintaqın başlandığı 2023-cü ilin noyabrından etibarən Almaniya qrup tərəfindən 14 hücum dalğasına məruz qalıb. Bu hücumlar bəzən bir neçə gün davam edib və ümumilikdə 250 şirkət və qurumu əhatə edib.

Oxşar hücumlar digər ölkələrin infrastruktur obyektlərinə, o cümlədən Avropa Parlamentinə seçkilər və son olaraq NATO-nun Haaqada keçirilən Sammiti zamanı da qeydə alınıb.

 

Baxış sayı: 5 458

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə