Qahirə, 16 iyul, ARHD.AZ




İraqda yenidən qurulan Mosul beynəlxalq hava limanının açılışı olub


İraqın Nineviya vilayətində yenidən qurulan Mosul beynəlxalq hava limanının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Baş nazir Məhəmməd Şiya əs-Sudani iştirak edib.

ARHD.AZ xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibliyinin açıqlamasında bildirilib.

Bildirilir ki, hava limanı iki aydan sonra tam fəaliyyətə başlayacaq. Aeroportu idarə edəcək şirkətin seçimlərinə başlanıb.

Qeyd olunur ki, İŞİD terror təşkilatının Mosulu işğal etdiyi zaman hava limanına böyük ziyan dəyib. Şəhər azad ediləndən sonra aeroport yenidən qurulub, əlavə binalar tikilib.


Baxış sayı: 5 434

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə