Məhkəmə: ABŞ-ın Yaxın Şərqdəki dron hücumları zamanı Ramştayn bazasından istifadə etməsi Almaniya üçün məsuliyyət yaratmır

Berlin, 15 iyul, ARHD.AZ




Məhkəmə: ABŞ-ın Yaxın Şərqdəki dron hücumları zamanı Ramştayn bazasından istifadə etməsi Almaniya üçün məsuliyyət yaratmır


Almaniya Konstitusiya Məhkəməsi ABŞ-ın Yaxın Şərqdəki dron hücumları zamanı Ramştayn bazasından istifadə etməsinə görə Almaniyanın məsuliyyət daşıması barədə Yəməndə yaşayan iki nəfərin müraciəti ilə bağlı qərar qəbul edib.

ARHD.AZ “Spiegel” qəzetinə istinadla xəbər verir ki, məhkəmə Almaniyanın ABŞ-ın Ramştayn bazası vasitəsilə idarə olunan dron hücumlarını daha sərt şəkildə nəzarətə almadığı və ya qarşısını almadığı üçün beynəlxalq hüququ pozmadığına hökm çıxararaq, konstitusiya şikayətini rədd edib. Qərarda qeyd olunub ki, Almaniyanın ümumi qoruma öhdəliyi var, bu da fundamental insan haqlarını və humanitar beynəlxalq hüququn əsasını ölkə xaricindəki əcnəbilərə qarşı da qorumaq borcudur. Lakin konkret bu iş üzrə həmin qoruma öhdəliyinin hüquqi şərtləri yerinə yetirilmədiyi üçün Almaniyanın məsuliyyət daşımadığı bildirilib.

ABŞ hərbi qüvvələri Yəməndə şübhəli terrorçulara qarşı mütəmadi olaraq silahlı dron hücumları həyata keçirir və bu hücumlar zamanı Almaniyanın Raynland-Pfalts əyalətindəki Ramştayn hərbi bazasından istifadə edir. Şikayətçilər 2012-ci ildə ABŞ hərbi dronlarının hücumu nəticəsində Yəməndə iki yaxın qohumlarının öldüyünü, həmçinin daim bu hücumların qurbanı olma qorxusu ilə yaşadıqlarını, mülki şəxslərin həlak olması hallarının davamlı baş verdiyini bildiriblər.

Almaniya hökumətindən isə qeyd edilib ki, əgər Almaniya yalnız öz ölkəsində yerləşən hərbi bazaya görə xarici qüvvələrin üçüncü ölkələrdəki əməliyyatlarını beynəlxalq hüquqa uyğunluq baxımından nəzarət etməli olsaydı, bu, ölkənin hərbi ittifaqlardakı (xüsusilə NATO) fəaliyyət qabiliyyətini təhlükə altına salar.

Baxış sayı: 6 580

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə